Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan öz milli maraqlarına uyğun çoxsahəli müstəqil siyasət yürüdür

0

  •         Azərbaycan
    beynəlxalq münasibət sistemində bərabər hüquqlu əməkdaşlığı təbliğ edir, qlobal
    həmyerliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verir. Azərbaycanın BMT-
    dən sonra ikinci ən böyük siyasəti Qoşulmama Hərakatına irəli sürdüyü
    təşəbbüslər və atdığı addımlar bunu təsdiq edir. Qonşu ölkələrlə yüksək səviyyəli
    münasibətlərin  Prezident İlham Əliyevin diqqət yetirdiyi ən önəmli
    sahədir. Vətən müharibəsində tarixi Zəfər qazanmasında bu amil böyük rol
    oynayıb. Prezidentimizin 2021-ci il noyabrın 20-də xalqa
    müraciətində Ermənistanı nəzərdə tutaraq deyib. Digər tərəfdən qonşularla
    münasibət qura bilməyən ölkə necə inkişaf edə bilər.
            Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri
    var. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada
    əsaslanan dostluq münasibəti formalaşıb. Ötən müddət ərzində iki ölkə arasında
    strateji tərəfdaşlığın mahiyyətini müəyyən edən sənədlər imzalanmış "Azərbaycan
    Respublikası və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və
    qarşılıqlı təhlükəsizlik haqqında" 3 iyul 1997-ci il tarixli Müqavilə
    "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq strateji
    tərafdaşlıq haqqında "3 iyul 2008 - ci il tarixli Bəyannamə və "Azərbaycan və Rusiya
    arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında 
    "1 sentyabr 2018-ci il tarixli birgə bəyanat. Bu il ölkəmiz
    arasında  diplomatik münasibətin yaranmasının 30 illiyi tamam olur. Hazırda
    ölkələrimiz arasında siyasi münasibətlər ən yüksək səviyyəyə çatıb. Eyni zamanda
    əmtəə dövriyyəsinin həcmi artıq 3 milyard dolları aşıb və 16
    faiz artıb. Bu ildə də artım perspektivi var. Bəyannamə tərəflər arasında bərabərhüquqlu münasibətləri
    yüksək səviyyədə tənzimləyən sənəddir, hər iki tərəfin o cümlədən də Rusiyanın
    üzərinə ciddi öhdəliklər qoyur. Azərbaycan qoşulmamanın üzvü və
    fəaliyyətdə olan sədridir. İmzalanmış bəyannamə Azərbaycanı daha da
    gücləndirir. Humanitar sahə həmişə prezidentlərin diqqət
    mərkəzindədir. Rusiyada təhsil alan Azərbaycanlı tələbələrin sayı və
    təhsilin rus dilində olduğu məktəblərin sayı bir çox məsələlərə işarə edir.
    Azərbaycanda ali məktəblərin rus bölməsində minlərlə tələbə təhsil alır və
    rus dilində təhsilə maraq artır. Bu günə qədər artıq Rusiya
    şirkətlərindən 14 sifariş alınıb. Bu sahə əməkdaşlığın yeni
    sahəsidir.

            Dünyada gedən siyasi proseslərə nəzər salanda Azərbaycanın
    apardığı siyasətin nə qədər balanslı olduğunu görürük. Cənab Prezidentimizin apardığı
    uğurlu siyasət nəticəsində Vətən müharibəsində Azərbaycana kənardan müdaxilələr
    olmadı. Əksər ölkələr bizi haqq savaşında dəstəklədi. Bu, Azərbaycanın nə qədər
    qüdrətli olduğunun, sözünün çox yerdə keçdiyinin göstəricisidir. Biz ən böyük
    amalımıza – Qarabağı işğaldan azad etmək amalına çatdıq. Bundan sonra milli
    ideologiyamız uğrunda öz müttəfiqlərimizi yaxşı seçməliyik. Əsrlərdir
    parçalanan torpaqlarımızın bir hissəsini uzaqgörən siyasətçi – Prezident İlham
    Əliyevin rəhbərliyi ilə özümüzə qaytardıq. Bizim Prezident İlham Əliyevə və
    onun siyasətinə inamımız böyükdür. 

        Səadət Əlizadə,
      

    Xocalı rayon sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib47 dəfə
    Azərbaycan öz milli maraqlarına uyğun çoxsahəli müstəqil siyasət yürüdür

    Maraqlı gələ bilər
    107
    70